Pakistanın Baş naziri Azərbaycanda səfərdədir

11 Noyabr 2024 23:17 (UTC+04:00)

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.