...Ukraynadan, səfərbərlikdən qurtulmaq üçün “əzablı yollar” keçən fərari bir ukraynalını rus əsgərləri çətinliklə də olsalar “xilas” ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, təbii ki, bunu rus saytları yazıblar.
Deməli, uzaqdan idman kostyumunda Zaporojyedəki rus mövqelərinə doğru qaçan bir nəfəri müşahidə edən ruslar, onu xilas etməyə girişiblər.
Belə ki, ilk olaraq helikopteri havaya qaldıran ruslar fərari ukraynalı ilə əlaqə saxlamaq üçün ona radio göndəriblər və həmən radio vasitəsilə ona təhlükəsiz yerə necə çatacağını söyləyiblər.
Məlum olub ki, Kiyevin nəzarətində olan ərazidə o, Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilməli imiş. Amma o səfərbər olunmaq istəmədiyi üçün qaçmağa qərar verib.
...Və qaçmaq üçün o, atəşə məruz qalmaq riski ilə 40 kilometrdən çox məsafə qət edib.
...Və qaçaraq rus səngərlərinə çata bilib.
...Maraqlıdır, görən, fərari ilə ruslar nə edəcək?
Əli Babayev