...Demokratlar Partiyasının siyasi müşaviri, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin keçmiş kommunikasiyalar direktoru Camal Simmons təqaüdə çıxan Cozef Baydenə yerini bir ay müddətinə Harrisə verməyi təklif edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Newsweek” bu barədə Simmonsun CNN telekanalındakı açıqlamalarına istinadən xəbər verir.
Xatırladaq ki, noyabrın əvvəlində ABŞ-da prezident seçkiləri keçirildi. Respublikaçı Donald Tramp onlara qalib gəlib. Onun rəqibi Harris indi Bayden administrasiyası ilə birlikdə Ağ Evi tərk etməli olacaq. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.
Əli Babayev