Ermənistan prezidenti xəstəxanaya yerləşdirilib

11 Noyabr 2024 21:20 (UTC+04:00)

Ermənistan prezidenti Vaaqn Xaçaturyan ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ArmLur.am yazıb.

Qeyd olunur ki, 65 yaşlı Xaçaturyanın səhhəti kəskin pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Dəqiq diaqnoz hələlik məlum deyil, lakin nəşr prezidentin ürəyində problem olduğunu yazır.

Bundan əlavə, mənbə onu da bildirir ki, Ermənistanın səhiyyə naziri Anahit Avanesyan Xaçaturyanı görmək üçün xəstəxanaya gəlib. Eyni zamanda, hazırda siyasətçinin xəstəxanaya yerləşdirildiyi barədə rəsmi məlumat yoxdur.

Əli Babayev