Şolz-un yerinə namizəd tapılıb...

11 Noyabr 2024 21:34 (UTC+04:00)

Almaniyanın Sosial Demokrat Partiyasının nümayəndələri qarşıdan gələn seçkilər zamanı hazırkı kansler Olaf Şolsun Boris Pistoriusla dəyişdirilməsi imkanını müzakirə edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bild qəzeti yazır.

Nəşrin yazdığına görə, artıq iki partiya üzvü Şolzun yeni müddətə namizədliyinin irəli sürülməsinə deyil, onun yerinə Müdafiə Nazirliyinin rəhbərinin təklif olunmasına açıq şəkildə müraciət edib.

Sosial Demokrat Partiyası Şolz ilə partiyanın erkən seçkilərdə acınacaqlı şəkildə uduzacağından qorxur.

...Ən məşhur alman siyasətçinin kanslerliyə namizəd olması ilə bizim ən güclü partiya olmaq və ya istənilən halda daha böyük uğurlar əldə etmək şansımız qat-qat yüksəkdir, - deyə siyasətçilər Markus Şrayber və Tim Stoberok bildiriblər.

Sosial Demokrat Partiyası üzvləri hesab edir ki, hazırkı kansler yaxşı iş görüb, lakin o, vətəndaşları özü ilə ələ keçirə və kifayət qədər liderlik qabiliyyətini göstərə bilməyib. Şrayber və Stoberok əmindirlər ki, Şolz almanların gözündə özünün mənfi imicini dəyişdirə bilməyəcək.

Əli Babayev