Baş nazir Əli Əsədov Butanın Baş naziri ilə görüşüb

11 Noyabr 2024 20:18 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Butan Krallığının Baş naziri Tserinq Tobqay ilə görüşüb.

SİA xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un iqlim dəyişmələrinə qarşı beynəlxalq səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Azərbaycan ilə Butan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə edilib.