Dünya Bankının prezidenti Azərbaycana səfərə gəlib

11 Noyabr 2024 19:19 (UTC+04:00)

Dünya Bankının prezidenti Ajay Banga BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Xarici İşlər Nazirliyinin idarə rəisi Elçin Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.