İranda “Bəsic” qüvvələrinin beş üzvü həlak olub

11 Noyabr 2024 18:16 (UTC+04:00)

İranın Sistan-Bəlucistan əyalətinin Seravan şəhərində törədilən hücum nəticəsində İnqilab Keşikçiləri Korpusunun “Bəsic” yarımkönüllü silahlı dəstəsinin beş üzvü ölüb.

SİA xəbər verir ki, bu barədə İranın yarı rəsmi ''Tesnim'' xəbər agentliyinin yaydığı məlumatda bildirilib.

Hücumla bağlı bölgəyə əlavə qüvvələrin göndərildiyi qeyd olunub.

Xatırladaq ki, oktyabrın 26-da Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətinin Teftan bölgəsində fəaliyyət göstərən “Ceyşul Adl” adlı təşkilat tərəfindən sərhədçilərə hücum edilib, nəticədə 10 mühafizəçi həlak olub.

Hücumdan sonra İran bölgədə genişmiqyaslı əməliyyata başlayıb. Əməliyyatlar zamanı çox sayda təşkilat üzvünün öldürüldüyü, bəzilərinin isə əsir götürüldüyü bildirilib.