…Bütün cəbhə xətti boyunca hərbsizləşdirilmiş zonanın yaradılacağı, ümumiyyətlə müharibənin dayandırılacağı təqdirdə belə, müəyyən müddətdən sonra Rusiya yeni qüvvə ilə hərbi əməliyyatları bərpa edəcək..?
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi, deputat Roman Kostenko bildirib.
Maraqlıdır ki, o dedikləri ilə bağlı əsaslar da gətirir.
Onun dediyinə görə, vaxtilə Gürcüstan və başqa ərazilərdə öz niyyətini yerinə yetirə bilməyən Rusiya yenidən qruplaşaraq güclənir və sonra öz məqsədlərinə çatmaq üçün gizli də olsa cəhdlər edir.
Ukraynalı deputatın fikrincə, yanvarın 20-də keçirilməsi planlaşdırılan andiçmə mərasimindən sonra Trampın tam şəkildə hakimiyyətə gəlməsi öncəsi ABŞ-dan xoşagəlməz siqnallar gəlir. Xüsusilə ondan indi Ağ Evin seçilmiş rəhbərindən nə gözlədiyini soruşublar.
...Hazırda gördüyümüz bütün bəyanatlar ya onun yaxın çevrəsindən gəlir, ya da kiminsə bəzi tvitləri və ya başqa göstərişləri yenidən dərc etdiyini görürük. Mən indi onlara çox əhəmiyyət verməzdim, çünki Donald Trampın rəsmi açıqlamalarını gözləməliyik. O, vəzifəsini yerinə yetirməyə başlayandan sonra verdiyi hər bəyanat rəsmi olacaq.
Bunu Kostenko qeyd edib.
Deputata görə, indi elə bir hal müşahidə etmək olar ki, kimsə əvvəlcə bir şeyi deyir, sonra isə bu fikri ləğv edir, çünki guya yanlış fikir nəzərdə tutulub...
...Kostenko, indi ABŞ-dan gələn siqnalları bəyənmədiyini deyir. Xüsusilə, deputat bu siqnalları ABŞ-ın Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün çoxlu sayda raketlərin, o cümlədən “Patriot”un təhvil verilməsi ilə bağlı çevik qərar verməsi, müəyyən miqdarda silah-sursatla təminat həcmini artırması və mərhələli şəkildə həyata keçirmək istəyi ilə əlaqələndirir.
Təbii ki, Bayden administrasiyası qarşıda problemlərin ola biləcəyini başa düşür. Şübhə yox ki, Trampın bəzi hərəkətləri hətta onların belə siyasətinin xeyrinə olmayacaq. Əgər onlar bizə kömək ediblərsə, amma tam həcmdə deyilsə, onda belə təəssürat yaranır ki, onlar hər şeyin pis olacağını gözləyirlər. Ona görə də bu siqnalları bəyənmirəm. Amma ümumilikdə, Tramp vəzifəyə gələndə dəyərləndirəcəyik.
Bunu deyən Kostenko, sonda düzgün addımlar atılacağını və ABŞ-ın Ukraynanın maraqları dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Əli Babayev