...ABŞ-ın Nyu Meksiko Texnologiya İnstitutunun alimləri doldurulmuş quşlardan hazırlanmış dronlar hazırlayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “New York Post” yazıb.
Qeyd edilir ki, layihə “quşların fiziologiyasını dronların qabaqcıl mexanikası ilə birləşdirir” və bu, onlara uçuşlarını mümkün qədər dəqiq şəkildə simulyasiya etməyə imkan verəcək.
Tərtibatçılar, doldurulmuş heyvanlardan istifadə etdiklərini və təbiətin bir dənə də tüklü nümayəndəsinin zərər görmədiyini vurğulayırlar.
Yeni texnologiyanın quşların təbii mühitində müşahidəsi üçün istifadə ediləcəyi vurğulanır.
Qeyd edək ki, əvvəllər Perm Milli Tədqiqat Politexnik Universitetində alimlər unikal ixtira sayəsində insanları divarların arasından “görməyə” başladılar. Onlar xaos ritmlərindən istifadə edərək insanın elektromaqnit sahəsini izləmək üçün bir üsul hazırlamışdılar.
Nazlı Almuradova