...Uşağın həyatının ilk 1000 günündə ona şəkər və şirin qidalar verməmək daha yaxşıdır. Bu məhdudiyyət uşaqlar yetkinləşdikdə diabet və hipertoniya inkişaf riskini azaldacaq.
SİA xəbər verir ki, bunu Cənubi Kaliforniya Universitetinin alimləri aşkar ediblər.
Deyilənlərə görə, təcrübə Böyük Britaniyada aparılıb. Alimlər həyatının ilk min günündə həftədə 28,35 qram şəkər və ayda 340,19 qram şirniyyat qəbul edən insanların sağlamlıq vəziyyətini araşdırıblar. Bu məhdudiyyətlər İkinci Dünya Müharibəsindən sonra bu ölkədə ərzaq istehlakının normalaşdırılması ilə bağlı olub.
Məlumatlar daha sonra məhdudiyyətsiz şəkər yeyənlərin sağlamlıq göstəriciləri ilə müqayisə edilib. Nəticə: erkən uşaqlıqda istehlak edilən şirniyyatların miqdarının məcburi şəkildə azaldılması yetkinlik dövründə sağlamlığa yaxşı təsir edib. Onların şəkərli diabet və hipertoniyaya tutulma riski 50-60 ilə müvafiq olaraq 35 və 20 faiz azalıb.
Və bu xəstəliklər başlamışsa, bir neçə il sonra idi...
Nazlı Almuradova