Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri Azərbaycana səfərə gəlib

11 Noyabr 2024 17:25 (UTC+04:00)

Banqladeş Xalq Respublikasının müvəqqəti hökumətinin Baş müşaviri Məhəmməd Yunus BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib. SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.