Konqo Demokratik Respublikasının Baş naziri Azərbaycanda

11 Noyabr 2024 16:45 (UTC+04:00)

Konqo Demokratik Respublikasının Baş naziri Cudit Tuluka Suminva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib. SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.