Rusiya Federal Təhlükəsizlik Xidməti Ukraynanın Rusiya helikopterini qaçırmaq planının iflasa uğradığını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda bildirilib ki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi Rusiyanın radioelektron qurğularına qarşı döyüşən “Mi-8MTPR-1” tipli helikopterini qaçırmağı planlaşdırıb.
Açıqlamada bu əməliyyatın qarşısının alındığı bildirilib: "Ukrayna hərbi kəşfiyyatçıları helikopteri qaçırmaq üçün bir rus pilotu öz tərəfinə çəkməyə çalışıb. Bunun üzərinə Rusiya kəşfiyyatçıları Ukrayna hava hücumundan müdafiə sistemlərinin və Ukrayna hərbi birləşmələrinin yerləşdirildiyi nöqtələri müəyyənləşdiriblər və hücumlar həyata keçirib”.
Kremlin sözçüsü Dmitri Peskov da Rusiya Federal Təhlükəsizlik Xidmətinin məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putini məlumatlandırdığını açıqlayıb.