Nümayəndələr Palatasına keçirilən seçkilərin ikinci turu nəticəsində Yaponiya parlamentinin aşağı palatası Liberal Demokrat Partiyasının lideri İşiba yenidən baş nazir seçilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyada oktyabr ayında keçirilən ümumi seçkilərdən sonra dünən açılan yeni parlament xüsusi iclasda toplanaraq ölkənin yeni baş nazirini seçib. Nümayəndələr Palatasında səsvermənin birinci turunda namizədlərdən heç biri səs çoxluğu qazana bilmədiyindən seçki ikinci tura keçib.
Oktyabrın 1-də Baş nazir olan və bugünkü seçkidən əvvəl bütün nazirlərlə birlikdə istefa verən Liberal Demokrat Partiyasının lideri Şiqeru İşiba seçkinin ikinci turunda etibarlı 381 səsdən 221-ni toplayıb. Bu nəticə ilə İşiba təxminən 1,5 aydan sonra yenidən Yaponiyanın Baş Naziri olmaq hüququ qazandı.