İndoneziya COP29-da xüsusi nümayəndə ilə təmsil olunacaq

11 Noyabr 2024 10:05 (UTC+04:00)

ndoneziya Respublikasının xüsusi nümayəndəsi Haşim Cocohadikusumo noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib. SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.