Məşhur aktyor buna görə ölkəni tərk etdi

11 Noyabr 2024 08:13 (UTC+04:00)

Amerikalı aktyor Tom Henks son prezident seçkilərində Donald Trampın qələbəsindən sonra ABŞ-ı tərk edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktyor qərarını pərəstişkarlarına yazdığı məktubla açıqlayıb. Henks seçkinin nəticələrini gördükdən sonra bu qərarı verdiyini və hazırda Amerikadan uzaqda olduğunu bildirib: "İndi uzaq, naməlum bir yerdəyəm və bura dəqiq Amerika deyil. Çox gözəl mənzərəsi var”.

Qeyd edək ki, aktyor geri qayıdıb-qayıtmayacağı ilə bağlı heç bir açıqlama verməsə də, bunun yalnız Trampın prezidentliyinin sonunda baş verə biləcəyini qeyd edib.