İtaliyanın “ITA Airways” şirkəti İsrailə aviareysləri dayandırıb

11 Noyabr 2024 02:42 (UTC+04:00)

İtaliyanın “ITA Airways” aviaşirkəti İsrailin paytaxtı Təl-Əvivə aviareysləri dayandırıb. SİA xəbər verir ki, aviaşirkət təhlükəsizlik səbəbindən bu qərarı qəbul edib. “ITA Airways” gələn il yanvarın 12-dək İsrail istiqamətində ikitərəfli uçuşları yerinə yetirməyəcək.

Qeyd edək ki, aviaşirkət Yaxın Şərqdəki gərginlik səbəbindən sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi əsas gətirərək daha əvvəl də müxtəlif tarixləri əhatə edən dövrlərdə Təl-Əvivə uçuşları dayandırmışdı. “ITA Airways” İsrailə müntəzəm reyslər yerinə yetirən yeganə İtaliya aviaşirkəti idi.