Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.
SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qana Prezidentini ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.