Penza vilayətinin sakini 86 yaşlı təqaüdçünü xəstəxana otağında boğub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının regional İK-nin mətbuat xidməti bildirib.
İstintaqın məlumatına görə, qətl noyabrın 9-da baş verib. Penzada xəstəxananın palatasında yaşlı qadının meyiti tapılıb. Ölüm mexaniki asfiksiyadan baş verib.
46 yaşlı Kamenski rayon sakini şübhə altına düşüb və təqsirini etiraf edib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.
Hazırda hadisənin bütün şəraiti müəyyən edilir. İstintaq şöbəsi qətlin motivini açıqlamır.
Nazlı Almuradova