Lavrov Qərbin Rusiya ilə bağlı planlarından danışıb

10 Noyabr 2024 21:17 (UTC+04:00)

Qərb dünya əksəriyyətini Rusiya Federasiyasına qarşı yönəltmək niyyətindədir, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Afrika Tərəfdaşlıq Forumunun birinci nazirlər konfransının bağlanışında bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazıb. ...Qorxutma, diktatura üsullarından, o cümlədən dünya əksəriyyətini Rusiya Federasiyasına qarşı yönəltməyə cəhd etmək üçün Qərb tərəfindən istifadə etməkdə davam edir.

Bunu Rusiya XİN rəhbəri bildirib.

Lavrovun fikrincə, Qərb dünya səhnəsində öz mövqeyini itirməmək üçün çoxqütblü dünyanın formalaşması prosesini dayandırmaq və ya ləngitmək üçün müstəmləkə üsullarından istifadə etməyə çalışır.

Noyabrın 10-da bu qiymətləndirmələr Rusiya-Afrika Tərəfdaşlıq Forumunun nazirlər konfransının yekun bəyannaməsində öz əksini tapıb.

Noyabrın əvvəlində Sergey Lavrov demişdi ki, Qərbin neokolonial vərdişləri zərərlidir, o cümlədən Qərbin özü üçün. Nazirin sözlərinə görə, Qərb ölkələrinin təkəbbürü onların reputasiyasını məhv edir.

Əli Babayev