Antiqua və Barbudanın Baş naziri Azərbaycana gəlib

10 Noyabr 2024 20:14 (UTC+04:00)

Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braun BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.

SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Elm və Təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.