Onlar ölkədən Trampa görə qaçırlar..?

11 Noyabr 2024 00:34 (UTC+04:00)

...Respublikaçı Donald Trampın qalib gəldiyi ABŞ prezident seçkilərinin nəticələrini tənqid edənlərə dünyanın ən böyük laynerində 4 illik dünya turuna çıxmaq təklif edilib.

SİA xarici qaynaqlara istinadən bildirir ki, Tramp siyasətindən “qaçmağa” hazırlaşanlara “Odyssey” gəmisində uzunmüddətli, deyilənlərə görə, 4 illik səyahət təklif edilir.

Onu da deyirlər ki, gəmi artıq İrlandiyanın Belfast limanından üzü Amerikaya yola düşüb.

Yox, gəmiyə bütün biletlər hələ satılmayıb. Yəni almaq istəyənlər varsa, buyura bilər...

Bu dəfə də deyilənlərə görə, gəmidə dörd il ərzində bir nəfər üçün hər şey daxil otağın qiyməti 256 min dollara başa gələcək.

İki nəfərlik yaşayışın qiyməti 320 min dollardan başlayır. Gəminin spa və fitnes obyektləri var və biletlərə nahar və şam yeməyi üçün pulsuz pivə və şərabla yemək daxildir.

...Və bundan əlavə, 4 illik səfər ərzində sərnişinlərin 140 ölkəni ziyarət etməyə vaxtı olacaq.

...Qlobal vəziyyət və ya seçkilərin nəticələri sizi ABŞ-ı tərk edib-etməyəcəyinizlə maraqlandırarsa, biz sizə müvəqqəti köçmə variantımızı da təklif etməyə hazırıq.

Qeyd edək ki, bu arada Villa Vie Residences Skip Forward paketini reklam edir.

...Hələ də hər şeyin iki ilə həll olunacağına inanan və ya daha çox pul ödəməyə hazır olmayanlara iki il müddətinə bir səyahətçi üçün 150 min dollar və iki nəfər üçün 188 min dollara “Ara Seçim” xidməti təklif edilir.

...“Business Insider” daha əvvəl yazmışdı ki, Donald Tramp seçkilərdə qalib gələrsə, milyonlarla amerikalı ölkəni tərk etməyi düşünür.

...Və beləliklə, Respublikaçıların qələbəsi elan edildikdən sonra çərşənbə günü səhər tezdən "Kanadaya köçmək" üçün axtarışlar artıb.

Hollywoodun ən böyük ulduzlarından bəziləri Donald Trampın uğurundan sonra ABŞ-ı tərk etməyə başlayıblar. Belə ki, aktyorlar Riçard Qir və Tom Henks sözlərinin üstündə duranlardan olublar.

İddialara görə, evini 11 milyon dollara satan Riçard Qir, artıq naməlum istiqamətə uçub.

Həmkarı Tom Henks açıq məktubda yaxın gələcəkdə ABŞ-ı tərk edəcəyini söyləyib.

...Ladi Qaqa, Barbra Streizand, Robert De Niro, Taylor Svift, Bono, Cey Lo, Vupi Qoldberq, Culia Roberts, Meril Strip, Kevin Spacei, Pink, Beyonce, Harrison Ford, Corc Klunei və Con Lejend də açıq şəkildə Amerikanı tərk etməyə söz verdilər.

Əli Babayev