Valensiyada kütləvi etiraz aksiyaları keçirilib

10 Noyabr 2024 18:04 (UTC+04:00)

Valensiyada minlərlə insan İspaniyanın şərqinə təsir edən güclü daşqınlara yerli hakimiyyətin zəif reaksiyasına etiraz etmək üçün küçələrə çıxıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, aksiyanı vahid məqsədlə birləşən 20-yə yaxın ictimai təşkilat təşkil edib.

İştirakçılar bölgə lideri Karlos Meysonu gözlənilən fırtına barədə sakinləri vaxtında xəbərdar etməməkdə günahlandıraraq istefaya çağırırlar.

Yerli sakinlər iddia edirlər ki, fırtına başlayan gün çoxlarının mobil telefonlarına həyəcan siqnalı gəlməyib.

Dövlət agentliyi AEMET saat 07:31-də qırmızı xəbərdarlıq edib, lakin daha sonra regional səlahiyyətlilər fırtınanın səngidiyini söylədi və hətta mesajı sildi.

Yalnız saat 20:15-də fırtına artıq pik həddə çatanda və çoxları işdən qayıdanda vətəndaşların telefonlarına xəbərdarlıq gəlib.

Əli Babayev