Yaponiya Rusiya ilə təmaslara açıqdır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Yaponiyanın Moskvadakı səfiri Akira Muto VGTRK-nın jurnalisti Pavel Zarubinə şərhində bildirib.
...Qarşılıqlı anlaşma rəsmi dialoqlar və insan təmasları vasitəsilə mümkündür.
Bunu yaponiyalı diplomat qeyd edib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Kremldə yeni gəlmiş 28 səfirin etimadnaməsini qəbul edib, onların arasında dost olmayan ölkələrin bir sıra nümayəndələri də var. Mərasim, ənənəyə uyğun olaraq, Moskva Kremlinin Aleksandr zalında baş tutub. Yeni gələn hər bir səfir sənədi şəxsən Rusiya prezidentə verib.
Əli Babayev