İsveçrədə üz örtüyü qadağası qüvvəyə minir...

11 Noyabr 2024 00:56 (UTC+04:00)

...2025-ci il yanvarın 1-dən İsveçrədə üzünü gizlətmək qadağası qüvvəyə minir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TRT World xəbər verir.

Deməli, qanun hələ 2021-ci ildə referendumda dəstəklənsə də, müsəlman təşkilatları tərəfindən kəskin tənqid edilib. Yeni ildən ictimai yerdə üzünü gizlətməyə görə 1000 İsveçrə kronu (1144 dollar) məbləğində cərimə tətbiq olunacaq.

Qadağa diplomatik nümayəndəliklərin ərazisində, təyyarələrin göyərtəsində və kilsələrdə tətbiq edilməyəcək.

Həmçinin, təhlükəsizlik baxımından, infeksiyaların yayılmasının qarşısını almaq üçün, hava şəraiti və ya insanın əməl etdiyi milli ənənənin bir hissəsidirsə, üzün örtülməsinə icazə veriləcək.

Artist və animatorlara da üzlərini örtməyə icazə veriləcək. Bundan əlavə, təşkilatçılar tədbir zamanı belə geyimlərin ictimai təhlükəsizliyə təhlükə yaratmayacağına zəmanət verərsə, görüşlərdə üz örtüyünə icazə veriləcək.

Əli Babayev