Halanddan yeni rekord

10 Noyabr 2024 17:10 (UTC+04:00)

"Mançester Siti”nin futbolçusu Erlinq Haland İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb. SİA xəbər verir ki, hücumçu buna 11-ci turda “Brayton”la oyunda fərqlənməklə nail olub. 23-cü dəqiqədə adını tabloya yazdıran forvard Premyer Liqa tarixində 75 qola ən tez çatan oyunçudur. Norveçli futbolçu bunu 77 matçda bacarıb. “Mançester Siti” səfərdə “Brayton”a uduzub – 1:2