Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildirilib ki, səhər və axşam saatlarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi rayonlarda magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.