Rusiyada üç hava limanı müvəqqəti bağlandı

10 Noyabr 2024 12:13 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada Domodedovo, Jukovski və Şeremetyevo hava limanları müvəqqəti bağlanıb. SİA xəbər verir ki, bu barədə ölkənin Federal Hava Nəqliyyatı Agentliyi bəyanat yayıb.

Məlumata görə, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə adı çəkilən hava limanlarında müvəqqəti olaraq məhdudiyyətlər tətbiq olunub.

Uçuşların təhlükəsizliyini təmin etmək üçün hava gəmilərinin ekipajları və dispetçerlər lazımi tədbirlər görür.

Qeyd edək ki, Moskvaya kütləvi dron hücumu həyata keçirilir. Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Moskva istiqamətində uçan 32 pilotsuz təyyarənin məhv edildiyi açıqlanıb.