Bitkoin kriptovalyutasının qiyməti tarixində ilk dəfə 79 min dolları keçib, bu isə əvvəlki rekord 78 min dollardan yalnız dəqiqələr sonra baş verib. SİA-nın xəbərinə görə, bu, ticarət məlumatlarından məlum olub.
“Bybit” kriptovalyuta birjasında Bakı vaxtı ilə saat 08:55-də bitkoinin qiyməti 79 min 331 dollara çatıb.