Rusiyaya qarşı 15-ci sanksiyalar paketi hazırlanır

9 Noyabr 2024 21:37 (UTC+04:00)

...Avropa diplomatiyasının rəhbəri Josep Borrell Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiyalar paketini hazırlayır.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini RİA Novosti agentliyi sitat gətirir.

Diplomatın sözlərinə görə, Avropa İttifaqı mövcud məhdudiyyətlərdən yayınmağa qarşı tədbirləri sərtləşdirmək niyyətindədir.

Borrell bildirib ki, Brüssel Rusiyanın sənaye imkanlarını “təcrid etmək” və “onu dünyanın qalan hissəsindən aldığı komponentlərdən məhrum etmək” istəyir.

Bu gün Avropa İttifaqı diplomatiyasının rəhbəri Kiyevə gəlib ki, bu, da rəsminin Ukrayna paytaxtına beşinci səfəridir.

Borrell əlavə edib ki, bugünkü səfər onun Avropa İttifaqı diplomatiyasının rəhbəri kimi sonuncu olacaq.

Əli Babayev