ABŞ-ın gələcək prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında dialoq artıq qurulub və rəhbərlik komandaları qarşıdan gələn görüşə hazırlaşmalıdırlar.
SİA-nın əldə etdiyi məlumata görə, bunu şənbə günü, noyabrın 9-da Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Kiyevdə olan Avropa diplomatiyasının rəhbəri Xosep Borrellə birgə mətbuat konfransında deyib.
XİN rəhbəri vurğulayıb ki, Zelenski Trampa zəng edib ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edən ilk dünya liderlərindən biridir.
Sibiqanın sözlərinə görə, bu, liderlərin gələcək qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi apardığı “səmimi söhbət” olub.
...Komandalar arasında əlaqələrin qurulması ilə bağlı söhbətlər olub və bu işə artıq başlanılıb. Biz gələcək əməkdaşlığa açığıq və əminəm ki, hamımızı ümumi məqsəd - ədalətli dünyaya nail olmaq birləşdirir, - deyə Sibiqa bildirib.
...Yeri gəlmişkən, noyabrın 8-də “Axios” mənbələrə istinadən bildirir ki, Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı zamanı İlon Mask da xətdə olub və Zelenski gələcək ABŞ prezidentindən eşitdikdən sonra bir qədər sakitləşib.
Əli Babayev