Qətər hakimiyyəti terror hərəkatının liderlərini atəşkəs razılaşması və israilli girovların azad edilməsi ilə razılaşmağa məcbur etmək cəhdlərindən sonra ABŞ-ın tələbi ilə “HƏMAS” liderlərinin ölkədən çıxarılmasına razılıq verib.
SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Təxminən iki həftə əvvəl Amerika rəsmiləri Qətərli həmkarlarına bildiriblər ki, onlar “HƏMAS” liderlərinə sığınacaq verməyi dayandırmalıdırlar.
Telekanal mənbələrinin bildirdiyinə görə, təxminən bir həftə əvvəl Qətər bununla razılaşaraq terror qruplaşmasına məlumat verib.
CNN qeyd edir ki, ABŞ rəsmilərinin tələbi “HƏMAS” liderlərinin ABŞ prezidenti Cozef Bayden üçün prioritet olan israilli girovların azad edilməsi ilə bağlı təkrar təklifləri rədd etməsindən sonra gəlib.
“HƏMAS”-ın yüksək rütbəli rəsmisi Qətərin qrup rəhbərliyini Dohadan qovmağa razı olması barədə xəbərləri “əsassız” adlandırıb. O, bunun "təzyiq taktikası" olduğunu söyləyib və əlavə edib ki, oxşar iddialar əvvəllər sübut olmadan yayılıb. “HƏMAS” liderlərinin Qətərdən tam olaraq nə vaxt çıxarılacağı və hara gedəcəkləri hələlik məlum deyil.
CNN mənbələrindən biri bildirib ki, qrupa ölkəni tərk etmək üçün az vaxt verilib.
...Və Türkiyə mümkün variant kimi nəzərdən keçirilir, lakin ABŞ çətin ki, bu ssenarini təsdiqləsin.
Bunu da CNN yazır.
“The Times of Israel” qeyd edir ki, İran, Oman, Livan və Əlcəzair də əvvəllər variant kimi qeyd edilib, lakin onlar həm də müxtəlif rakurslardan ABŞ üçün narahatlıq doğurur.
Əli Babayev