Almaniyada 2024-cü ilin ən yaxşı avtomobilləri müəyyənləşib

9 Noyabr 2024 23:04 (UTC+04:00)

...Almaniyada “Goldenes Lenkrad-2024” (“Qızıl Sükan-2024”) mükafatının laureatları bəlli olub. Qaliblər 14 nominasiya üzrə seçilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə mükafatın təşkilatçılarından biri olan Auto Bild nəşri məlumat yayıb.

2024-cü ilin ən yaxşı avtomobilləri sənayenin 18 aparıcı mütəxəssisindən ibarət münsiflər heyəti tərəfindən seçilib. Onların arasında Mercedes-Benz-in baş direktoru Ola Kallenius, Volkswagen Qrupunun baş direktoru Oliver Blume, BMW-nin baş direktoru Oliver Zipse və Opel-in baş direktoru Florian Hüttl var.

Avtomobillər sınaqdan keçirilib və 17 parametr üzrə qiymətləndirilib. Amma ən gözəl avtomobili və ən yaxşı işlənmiş avtomobili internetdə adi avtomobil həvəskarları seçib.

“Goldenes Lenkrad-2024” (“Qızıl Sükan-2024”) mükafatının qalibləri:

- kiçik avtomobil - Mini Cooper;

- kompakt sinif - Volkswagen Golf 8;

- orta sinif - Skoda Octavia RS Combi;

- yuxarı orta sinif - BMW 5 Series Touring;

- lüks sinif - Porsche Taycan Turbo GT;

- idman avtomobili - Porsche 911 Carrera GTS;

- ailə avtomobili - Peugeot e-5008;

- ən gözəl avtomobil - Aston Martin Vantage;

- ən yaxşı işlənmiş avtomobil - BMW 3 Series G20;

- 25.000 avrodan aşağı olan ən yaxşı avtomobil - Citroen C3; - 40.000 avrodan aşağı olan ən yaxşı avtomobil Kia EV3-dür; - 50.000 avrodan aşağı ən yaxşı avtomobil - Opel Grandland; - ən yaxşı yenilik - Mercedes Drive Pilot 95 sistemi;

- ən yaxşı avtomobil Tesla Cybertruck-dir.

Nazlı Almuradova