Marqarita Rusiyadakı tənəzzülün əsas “günahkarını” tapıb...

9 Noyabr 2024 16:00 (UTC+04:00)

Bu arada Marqarita Simonyan musiqiçi Mister Credonu ABŞ-da işləməkdə və mahnıları ilə Rusiyanı qəsdən korlamaqda ittiham edib.

...Bütün bunlar bizə oradan gəldi. Narkotiklər dəbdə idi. Bu mahnılar "Hash Bola Bola"dır.

Marqarita, 1997-ci ilin hiti olan “HSH-Bola”-nı misal çəkdi.

Maraqlıdır, bəs onda niyə cənab Credo hələ də rusların xarici agent dəftərinə salınmayıb?

Artıq buludlar yığılır axı...

Yeri gəlmişkən, Mister Credo kimi tanınan Aleksandr Valeriyeviç Maxonin Ukraynada doğulsa da, rus müğənnisi, şairi, bəstəkarı, musiqi prodüseri kimi təqdim olunur...

Yenə də maraqlıdır, görən, o Rusiyanı hecə tənəzzülə sürükləyir?

Deyirəm, Allah böyük sənətkarımız Bəşir Səfəroğluna rəhmət eləsin! Burada deyirdi ey...

Nazlı Almuradova