Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yerləşən “Kvetta” dəmir yolu stansiyası yaxınlığında baş verən partlayışla bağlı bəyanat yayıb. SİA xəbər verir ki, Türkiyə XİN bəyanatında törədilən bu terror aktını ən qəti şəkildə qınadığını bildirib. Bu qanlı hadisə ilə bağlı Pakistan xalqına başsağlığı, yaralananlara isə şəfa diləklərinin ifadə edildiyi mətndə Türkiyənin terrorla mübarizədə Pakistanı dəstəkləməyə davam edəcəyi vurğulanıb.