Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı enib

9 Noyabr 2024 10:41 (UTC+04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.39 ABŞ dolları və ya 1.81% azalaraq 75.36 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76,75 dollar təşkil edib.