Numan Kurtulmuş Azərbaycanı təbrik etdi

9 Noyabr 2024 02:04 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Vətən müharibəsində qazanılan Zəfərin dördüncü ildönümü münasibətilə Azərbaycanı təbrik edib. SİA xəbər verir ki, Kurtulmuşun sosial şəbəkələrdəki paylaşımında deyilir: “Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümündə Azərbaycanı Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 44 günlük müharibədə şəhid olanların xatirəsini ehtiramla yad edir, Qarabağın azadlığı uğrunda qəhrəmancasına mübarizədə iştirak etmiş qazilərə öz ehtiramımı bildirirəm. Qarabağ Zəfərimiz mübarək, qardaşlığımız əbədi olsun!”.