“Azərbaycanı zəfərə aparan 44 günlük yolun başlanğıcı olan 27 sentyabr özündə tarixi məqamları birləşdirir”.
SİA xəbər verir ki, bu fikirlər Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert proqramında səsləndirilib.
Qeyd olunub ki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbə Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Şəhidlərimizin qanı, Vətən müharibəsi iştirakçılarının igidliyi, aparılan uğurlu siyasət nəticəsində düşmən diz çökdü. Şəhid ailələrinin, müharibə iştirakçılarının, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bayram tədbirində Vətən müharibəsində qazanılan tarixi zəfərin hər birimizdə qürur hissi yaratdığı vurğulanıb.
Sonda atəşfəşanlıq olub.