Rusiyada pendirlərin qiyməti orta hesabla 16,5 faiz bahalaşıb...

8 Noyabr 2024 22:05 (UTC+04:00)

...İl ərzində Rusiyanın pərakəndə satış mağazalarında bütün pendirlərin qiyməti orta hesabla 16,5 faiz bahalaşıb.

SİA xəbər verir ki, “İzvestiya” qəzeti “Tsenosaur” ərzaq qiymətlərinin monitorinqi və təhlili üçün bulud xidmətinin analitiklərinin məlumatlarına istinadən Rusiya Federasiyasında daha bir əsas ərzaq məhsulunun qiymətinin kəskin artdığını bildirir.

Mütəxəssislər aydınlaşdırıblar ki, payızda süd məhsullarının Rusiya mağazalarında qiymət artımı nəzərəçarpacaq dərəcədə artıb.

Sentyabrın əvvəlindən pərakəndə satışda bütün pendirlərin qiyməti 5,2 faiz artıb.

Nəticədə, noyabrın əvvəlində 200 qram ağırlığında bir pendir parçası orta hesabla 261,9 rubla satışa çıxarılıb.

Əli Babayev