On minlərlə əcnəbi Rusiyadan qovulacaq

8 Noyabr 2024 22:43 (UTC+04:00)

...“Qanunsuz 2024” əməliyyatı çərçivəsində 20 min əcnəbi Rusiyadan çıxarılacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Lenta.ru-ya Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bidirib.

Onun dediyinə görə, əməliyyat çərçivəsində miqrasiya qanunvericiliyinin 106 mindən çox pozuntusu müəyyən edilib və 20 min inzibati qaydada qovulma və deportasiya haqqında qərar qəbul edilib.

Bundan başqa, tədbirlər zamanı qanunsuz miqrasiyanın təşkili ilə bağlı dörd mindən çox cinayət işi başlanıb.

Həmçinin digər cinayətlər, o cümlədən dövlət sərhədini qanunsuz keçmə, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 684 cinayət işi açılıb.

Əli Babayev