Rusiya Federasiyası Kommunist Partiyasından olan Dövlət Dumasının deputatları Stalinqrad adının Volqoqrad şəhərinə qaytarılmasını tələb ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, təklif dəyirmi masanın nəticələrinə əsasən irəli sürülüb.
...Stalinqrada öz qəhrəmanlıq adını qaytarmağın vaxtı gəldi! Şəhər sovet əsgərlərinin və onun sakinlərinin əyilməz şücaətinin nümunəsinə çevrilib.
Bu, yekun qətnamədə deyilir.
Kommunistlər əmindirlər ki, adın dəyişdirilməsi Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ərəfəsində əlamətdar olacaq.
Qeyd edək ki, bu şəhər əvvəllər Çaritsın adını daşıyıb. 1589-cu ildən 1925-ci ilin aprelinə qədər şəhər belə adlanıb. Sonra Stalinqrad olubvə 1961-ci ildən isə Volqoqrad adlandırılıb.
...İndi Stalinqrad adı müəyyən ictimai tədbirlər zamanı ildə bir neçə dəfə şəhərə qaytarılır. Bundan əvvəl Dövlət Dumasına Yaroslavl vilayətinin Rostov şəhərinin adının Böyük Rostov adlandırılması ilə bağlı qanun layihəsi təqdim edilib.
Hökumət bu ideyanı dəstəklədi.
Nazirlər Kabinetindən verilən rəsmi cavabda bildirilir ki, şəhərin adına “Böyük” sözünün əlavə edilməsi qanuni olaraq ənənəvi işlənən adı birləşdirəcək və mühüm tarix-mədəniyyət mərkəzi statusunu vurğulayacaq.
Əli Babayev
P.S: Yadınıza salıram: o vaxt ruslar da özlərinə “velikorus” adını götürmüşdülər, amma Stalin sonradan “veliko”nu çıxarıb tullasa da, "rus”u saxladı...