Xüsusi hərbi əməliyyat zonasında həlak olan Rusiya Silahlı Qüvvələrinin general-mayoru Pavel Klimenko mina partlayışı nəticəsində xəsarət alıb.
Zabitin xəsarətlərinin xarakteri ilə bağlı təfərrüatlar RBC-dən gəlib. Qeyd edək ki, SİA bununla bağlı dünən yazmışdı.
Mənbələrin nəşrə verdiyi məlumata görə, kəllə və omba nahiyəsindən xəsarət alan general Donetskin 14-cü şəhər xəstəxanasına yerləşdirilib, sonra Respublika Travmatologiya Mərkəzinə aparılıb və orada ölüb.
Klimenkonun ölümü noyabrın 8-də məlum olub. Təsdiqlənməmiş məlumata görə, zabit iki gün əvvəl dünyasını dəyişib. Donetsk Xalq Respublikasının Krasnoxorivka məntəqəsində motosikletlərlə hərəkət edən bir qrup hərbçi Ukrayna Silahlı Qüvvələrinin FPV pilotsuz uçan aparatlarının hücumuna məruz qalıb.
Əli Babayev