Qoada rusiyalı DJ qadın saxlanılıb

8 Noyabr 2024 20:44 (UTC+04:00)

Qoa polisi 1,6 milyon hind rupisindən (18,9 min dollardan çox) çox dəyərində narkotik və spirtli içki saxlamaqda şübhəli bilinən rusiyalı qadını həbs edib.

SİA xəbər verir ki, bu barədə “Deccan Herald” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, saxlanılan şəxs - moskvalı Alla Rusaeva adlı qadın Qoanın şimalındakı klubların birində DJ işləyirmiş.

Baxış zamanı onun kirayədə yaşadığı mənzildən marixuana, ekstazi və spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.
Rus saytları rusiyalı qadının saxlanması ilə bağlı məlumatla əlaqədar Rusiya Federasiyasının Baş Konsulluğu ilə əlaqə saxlayıb.

Əli Babayev