Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanmanın Arakan bölgəsində 2 milyondan çox insanın aclıq riski ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
SİA-nın məlumatına görə, BMT-nin İnkişaf Proqramının (UNDP) Myanmanın Banqladeş sərhədində yerləşən Arakan bölgəsində aclıq riski ilə bağlı 2023-2024 məlumatlarına əsaslanan hesabatı yayınlanıb. Hesabatda münaqişələrdən zərər görənlərə humanitar yardımların məhdudlaşdırılmasının ciddi gəlir çatışmazlığına, hiperinflasiyaya və yerli qida istehsalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olduğu qeyd edilib.
Bənzəri olmayan bir fəlakətin astanasında olan Arakanda 2 milyondan çox insanın kəskin aclıq ilə qarşı-qarşıya olduğu vurğulanan hesabatda hal-hazırda təhlükədə olan əhalinin ani məhv olma riski yaşadığı yazılıb. İxraca və kənd təsərrüfatına əsaslanan dolanışıq vasitələrinin bazarlara çıxışın olmaması səbəbindən ticarət, kənd təsərrüfatı və tikinti kimi sektorların fəaliyyətinin dayanmaq üzrə olduğu bildirilib. Yerli qida istehsalının 2025-ci ilin mart-aprel aylarında bölgə əhalisinin ehtiyacının yalnızca 20%-ni təmin edə biləcəyi proqnozlaşdırılan hesabatda təcili tədbir görülməzsə əhalinin 95 faizinin sağ qalma təhlükəsi ilə qarşılaşacağı qeyd edilib.