Qışda saç tökülməsinin qarşısını necə almaq olar..?

8 Noyabr 2024 23:26 (UTC+04:00)

Soyuq mövsümdə baş dərisindəki damarlar kiçilir, bu da mikrosirkulyasiyanı pozur və follikulların kifayət qədər qidalanmasına mane olur. Bu, baş dərisinin qurumasına, kövrək saçlara və saç tökülməsinə gətirib çıxarır.

Qeyd edilməlidir ki, SİA-nın əldə etdiyi məlumata görə, əslində, soyuqluğun saç tökülməsinə təsiri sübuta yetirilməmişdir. Bəziləri, follikulların dərinin dərinliyində olduğunu iddia edirlər, buna görə də xarici amillərə cavab verə bilməzlər. Mütəxəssislər hesab edirlər ki, saç tökülməsinin əsl səbəbləri stress, hormonal dəyişikliklər, əvvəlki xəstəliklər kimi orqanizmin daxili problemləridir. Qeyd etmək lazımdır ki, insan xəstəlikdən əziyyət çəkdikdən cəmi 3-3,5 ay sonra saçları tökülməyə başlayır.

“aif.ru” saytının məlumatına görə, 2024-cü ildə trixoloqlara tələbat iki dəfə artıb deyə insanlar indi saç tökülməsini dayandırmaq üçün təxminən...filan qədər pul xərcləyirlər. Yeri gəlmişkən, gündə 100-120 tükün tökülməsi normal sayılır, lakin bu rəqəmləri keçərsə, mütəxəssisə müraciət etməlisiniz.

...Və özünüzü saç tökülməsindən necə qorumalısınız?

1. Zülal. Bu maddə saçın tikinti materialıdır.

2. Şapka. Bu, baş dərisində qan dövranı problemlərindən qaçmağa kömək edəcək.

3. Sağlamlığınıza nəzarət etmək lazımdır, çünki keçdiyiniz hər hansı xəstəlik saçınızın vəziyyətinə mənfi təsir göstərəcək.

4. Saçınızı zülal, kollagen və keratin tərkibli şampunlarla yumaq məsləhətdir. Onlar saçınızı daha güclü edəcək.

5. Soyuq fəsillərdə çox miqdarda sink və kalsium olan saçlar üçün vitamin kompleksləri qəbul etməyə dəyər.

Bu maddələr saçları gücləndirir və böyüməsini təşviq edir.

Nazlı Almuradova