Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın prezidenti Emmanuel Makron, Hollandiyanın baş naziri Dik Şuf və Danimarkanın baş naziri Mette Frederiksen ilə görüşüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyənin Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin verdiyi açıqlamaya görə, Ərdoğanın Avropa Siyasi Birliyi (ASB) Zirvəsi üçün Macarıstana səfəri çərçivəsində Makron ilə görüşündə Türkiyə ilə Fransa arasındakı əlaqələrlə yanaşı regional və qlobal məsələlər müzakirə olunub. O görüşdə iki ölkə arasındakı əlaqələrin qədim tarixi olduğunu, ticarət və iqtisadi əlaqələrin dərinləşdirilməsinin hər iki ölkəyə fayda gətirəcəyini vurğulayıb. Ərdoğan, Türkiyənin Avropa İttifaqına tam üzvlük perspektivi ilə hərəkət etdiyini, prosesin canlandırılmasının bir ehtiyac olduğunu, Gömrük İttifaqının yenilənməsi və viza azadlığı ilə bağlı vədlərin yerinə yetirilməsini gözlədiklərini bildirib. O, Ukrayna-Rusiya, İsrail-Fələstin, İsrail-Livan kimi gərginliklərin diplomatiya yolu ilə sülh yolu ilə həll olunmasının bütün ölkələrin maraqlarına uyğun olduğunu qeyd edib.
Prezident Ərdoğan, həmçinin Hollandiyanın baş naziri Dik Şuf ilə görüşüb. Türkiye-Hollandiya münasibətləri, regional və qlobal mövzuların müzakirə edildiyi görüşdə Ərdoğan əlaqələri inkişaf etdirmək, ticarət həcmini artırmaq, xüsusən müdafiə sənayesi, yaşıl və rəqəmsal transformasiya, enerji sahələrində əməkdaşlıq imkanlarını genişləndirmək üçün səylərin davam etdiyini vurğulayıb.
Danimarkanın baş naziri Mette Frederiksen ilə də ikitərəfli əlaqələr, regional və qlobal məsələlərin müzakirə edildiyi görüşdə isə Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Danimarka münasibətlərini qarşılıqlı ticarəti artıraraq gücləndirmək üçün çalışdıqlarını və bu istiqamətdə səylərin davam edəcəyini bildirib.