Bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq sənədi təsdiqlənib

8 Noyabr 2024 12:21 (UTC+04:00)

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sənədi imzalayıb.

Saziş 2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanıb.