Azərbaycanın İrandakı səfirliyi 8 Noyabr – Zəfər Gününü qeyd edib. SİA xəbər verir ki, səfir Əli Əlizadə bayram münasibətilə “X” hesabında paylaşım edib. “Zəfər Azərbaycanımıza yaraşır. Biz də səfirliyimizin fəaliyyətini bərpa etdiyi yeni binada ilk tədbir olaraq Zəfər Gününü qeyd etdik. Zəfər Günümüz mübarək olsun!”, - Əli Əlizadə yazıb