Mərhum türkiyəli müğənni Barış Mançonun həyatı barədə film çəkiləcək. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, filmdə baş rolu oynayacaq aktyor uzun müddət idi, maraq doğururdu. Kulisdən sızan məlumata görə, Barış Mançonu aktyor Ekin Koç canlandıracaq.
Ekin Koç aktyorluq sənəti ilə yanaşı, musiqiçi kimi də tanınır. 2022-ci ildə Samed Nalbantla birlikdə qurduğu “DayOff Kolektif” qrupu ilə ara-sıra çıxış edən Ekin gitara çalır, mahnı ifa edir.
Qeyd edək ki, Barış Manço filminin rejissoru 3 mövsümdür “Kızılcık şerbeti”ni çəkən Ketçe kimi tanınan Hakan Kırvavaç olacaq. Filmin çəkilişlərinə 2025-ci ilin iyununda başlanacağı bildirilir.